Erməni diplomat BMT baş katibinin müavini oldu

Movses Abelyan

Erməni diplomat Movses Abelyan BMT baş katibinin Baş Məclis və konferension idarəçilik üzrə müavini təyin olunub.

Sərəncamı baş katib Antonio Quttereş iyunun 10-da imzalayıb. Portuqaliyalı Antonio Quttereş 2017-ci ildən BMT-nin baş katibidir.

Novator.az bildirir ki, Movses Abelyan 1963-cü ildə Ermənistanın paytaxtı Yerevanda doğulub, üç yaşından Gürcüstanda yaşayıb. Hər iki ölkənin vətəndaşıdır. Tətbiqi riyaziyyat üzrə elmlər namizədidir.

1993-cü ildən Ermənistanın BMT-dəki nümayəndəliyində çalışıb, 1998-ci ildə daimi nümayəndə təyin edilib.

2003-cü ildən Movses Abelyan BMT-nin müxtəlif qurumlarında məsul vəzifələr tutub, 2016-cı ildən BMT baş katibinin köməkçisi olub.