Ermənistanda 28 yaşlı gənc ədliyyə naziri təyin edilib

Rustam Badasyan

Ermənistan prezidenti Armen Sarkisyan iyunun 19-da Rustam Badasyanı ədliyyə naziri təyin edib.

Məlumata görə, 28 yaşlı Rustam Badasyan bu təyinata qədər Dövlət Gəlirləri Komitəsinin sədr müavini olub.

Əvvəlki ədliyyə naziri Artak Zeynalyan iyunun 7-də istefa verib və iyunun 12-də prezidentin sərəncamı ilə vəzifədən çıxarılıb.

Keçmiş nazirin istefası baş nazir Paşinyanın ölkədə ciddi məhkəmə islahatlarına başlayacaqlarını elan edəndən sonra baş verib.

Paşinyanın bu məsələ ilə bağlı tərəfdarlarına çağırışı və etirazlara başlayacağı isə keçmiş prezident Robert Koçaryanın həbsdən zaminə buraxılmasından dərhal sonra baş vermişdi.

Ermənistanda nazirləri prezident baş nazirin təqdimatı ilə təyin edir.