Ermar Məmmdyarov erməni həmkarı ilə görüşəcək

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyan iyunun 20-də Vaşinqtonda görüşəcəklər.

Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyilə keçiriləcək. Bu barədə iyunun 14-də Azərbaycan XİN mətbuat xidməti məlumat yayıb.

Azərbaycan və Ermənistan XİN rəhbərlərinin bundan öncəki görüşü apreldə Moskvada olub.