FİFA son üç ildə futboldan 4 milyard avroya qədər qazanc götürüb

Beynəlxalq Futbol Federasiyasi olan FİFA-nın maliyyə göstəriciləri heç vaxt olmadığı qədər yüksəlib. “Reuters” xəbər agentliyinin məlumatına görə 2015-ci ildən 2018-ci ilə qədər təşkilatın gəliri rekord rəqəmə, 5,7 milyard avroya yüksəlib. Bu pulun 83 faizi (4,73 milyar avro) 2018-ci ildə Rusiyada keçirilmiş futbol üzrə dünya çempionatının final oyunlarından əldə olunub. Bu haqda hesabatı FİFA iyunun 5-də Fransada keçirdiyi 69-cu konqressindəki hesabat bəyannaməsində elan edib.

“Hal-hazırda federasiyanın maliyyə aktivləri 3,9 milyard avro təşkil edir. FİFA-nın indiyə qədər heç vaxt bu qədər aktivləri olmayıb. 2020-ci ilə qədərki növbəti tsiklda FİFA öz vəsaitlərinin 1,55 milyard avrisunu milli federasiyalara, şəvvaflığı qoruyaraq yönləndirəcək” – bu haqda FİFA prezidenti Canni İnfantino öz çıxışında bildirib.

İnfantinonun bəyan edir ki, FİFA üçün əsas olan pul yox, futbolun dünya boyu inkişafıdır. “Biz gəlirlərimizdən utanamamılıy. Biz hətta daha çox gəlir əldə etməliyik ki, investisiyalar edə bilək. Bu bizim missiyamızdır.

İnfantino elə konqress vaxtı keçirilmiş seçkilərdə yenidən 4 illiyə FİFA-nın rəhbəri seçilib. O 2016-cı ildən bəri bu təşkilata rəhbərlik edir. O çıxışı zamanı deyib ki, keçən üç ildən bəri FİFA “az qala kriminallaşmış bir təşkilatdan futbolun inkişafı ilə yaxından məşğul olan bir təşkilata çevrilib”. O həmçinin özünün də müəyyən səhvləri olduğunu deyib, ancaq səhvləri deyəndə sırf nəyi nəzərdə tutduğunu dilə gətirməyib.