Heyvansevərlər “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin önündə növbəti dəfə piket keçirib

Bu gün, 16 iyunda heyvansevərlər Balaxanıda yerləşən “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin önündə növbəti dəfə aksiya keçiriblər.

Fəallar içəri daxil olmağa çalışsalar da mərkəzin mühafizəçiləri onları içəri buraxmayıb.

Heyvansevərlərdən biri iddia edir ki, “Toplan” sahibsiz itlərə qayğı mərkəzi küçələrdən sahibsiz itləri tutaraq qısırlaşdırıb yenidən küçələrə qaytarmaq məqsədiylə açılmışdı, lakin itləri mərkəzə gətirərək öldürürlər.

Fəalların sözlərinə görə, mərkəzdə cəmi 17 it damı olsa da, hər gün bura onlarla it gətirilir və bir daha ordan həmin itlər çıxarılmır, deməli onları orda öldürürlər.

Aksiyada iştirak edən başqa bir heyvansevər isə soruşur ki, əli silahlı insanlar itləri güllələyəndə polislər hardaydı?

“Toplan” sahibsiz itlərə qayğı mərkəzin strateji obyekt olmasa da polislər və mülkigeyimlilər heyvansevərləri mərkəzə getməyə imkan vermirlər.

İctimai fəal həm də onu deyib ki, bəzən sahibi olan itlər də küçədə sahibinin gözündən yayınsa “Toplan” sahibsiz itlərə qayğı mərkəzi onları dərhal tutub aparır və sonra o itlərdən bir daha heç bir zaman xəbər tutmaq olmur.

Piketdə Nicat İsmayılov adlı fəal tutularaq polis bölməsinə aparılıb.

Heydər Əliyev Fond və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən maliyyələşdirilən “Toplan” sahibsiz itlərə qayğı mərkəzinin önündə daha öncə də aprelin 22-də bir qrup heyvansevər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz nümayişi keçirib.

Heyvansevərlər küçə itlərinin öldürülməsinə qarşı Balaxanıda yerləşən Toplan sahibsiz itlərə qayğı mərkəzinin qarşısında dinc aksiya keçirir

Publicerat av Nurlan Libre Söndag 16 juni 2019