‘İlin cumhuriyyətçisi’ mükafatına Yalçın İmanov layiq görülüb [Fotosessiya]

Bu gün, iyunun 1-i D18 hərəkatının təşkil və təsis etdiyi ‘İlin cümhuriyyətçisi’ mükafatının təqdimat mərasimi olub.

Bu ilin cumhuriyyətçisi adına vəkil Yalçın İmanov layiq görülüb. Ona mükafatı D18 hərakatının rəhbəri Ruslan İzzətli təqdim edib.

Yalçın İmanov bundan öncə məhkəmədə bir çox siyasi məhbusun müdafiəçisi olub. O son dəfə Nardaran məhbuslarını müdafiə edirdi.

2019-cu il fevralın 22-də Gəncə İnzibati-İqtisadi Məhkəməsində hakim Kənan Vəliyevin qərarı ilə o vəkillikdən çıxarılıb.

Qərara əsasən, Vəkillər Kollegiyasının Yalçın İmanovun fəaliyyətinə xitam verilməsi barədə iddiası təmin olunub.

Bundan öncə “İlin cumhuriyyətçisi” mükafatına Gözəl Bayramlı, Seymur Həzi, İlkin Rüstəmzadə kimi siyasi məhbuslar layiq görülüb.