İran şirkəti tarixi Şuşa məscidini bərpa edir

İran şirkəti Azərbaycanın işğal altında olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhar Ağa məscidini bərpa edir.

Bu barədə erməni “Aravot” qəzeti xəbər yayıb. Məlumata görə, intensiv şəkildə davam edən işlərin ilin sonuna qədər bitəcəyi gözlənilir.

Ermənistan tərəfinin razılığı ilə layihəni İran memarlıq şirkəti “PartSaman Jahan” və iranlı mütəxəssislər yerinə yetirirlər.

Yuxarı Gövhar Ağa şəhərinin mərkəzi meydanında yerləşən və Şuşada tikilmiş ən qədim məsciddir. 1883-1885-ci illərdə tikilmiş məscidin memarı Kərbalayi Səfixan Qarabağidir.

Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.

İşğal altındakı məsciddə tikinti-bərpa işlərini aparmaq üçün Ermənistan tərəfi rəsmi Bakının icazəsini almayıb.