İŞİD-çilərə məxsus 12 yetim uşağa Fransa sığınacaq verib

Fransa höküməti “İslam dövləti” (İŞİD) terrorçu təşkilatının üzvlərinin yetim qalmış 12 nəfər uşağına öz ölkəsində sığınacaq verib. Bu uşaqlar bundan öncə Suriyada yaşayıblar. Bu haqda “Reuters”in fransız xidməti məlumat yayıb.

Fransa höküməti 12 yetim uşağı xüsusi tibbi müşahidə altında və sosial xidmətin nəzarətində saxlayacağını bəyan edib.

Həmçinin, Suriyadan gətirilən uşaqların ikisi Niderland vətəndaşının uşaqlarıdır deyə Fransa bir müddət sonra onları öz ölkələrinə qaytaracağını bəyan edib.

“İslam dövləti” terrorçu təşkilatı bir çox ölkədə, həmçinin Fransada qadağan olunub. Lakin, Fransanın xeyli vətəndaşının bu təşkilata üzv olduğu və Fransada terror aktları törətdiyi məlumdur.