MİDA mənzilərin ipotekasız satışına başlayır

“MİDA” MMC Yasamal yaşayış kompleksində inşa edilən 253 mənzili açıq satışa çıxarıb.

Əvvəlkilərdən fərqli olaraq bu mənzillər imtiyazlı təbəqədən olan şəxslərə ipoteka kreditləşməsi olmadan təklif edilir.

Bu barədə şirkət açıqlama yayıb. Məlumata görə, mənzillər vətəndaşların şəxsi vəsaiti hesabına satılacaq. Bu zaman qiymətlər “ipoteka” qiymətlərindən fərqlənməyəcək və MİDA ilkin qiymətə 10% endirim tətbiq edir.

Bildirilir ki, bütün mənzillər təmirlidir, isitmə sistemi ilə təmin edilib və mətbəx mebeli var.

Mənzilərin satışı iyulun 12-si saat 11:00-da başlayıb iyulun 17-si saat 00:00-dək davam edəcək və “Güzəştli mənzil” elektron sistem vasitəsilə həyata keçiriləcək.

MİDA-dan bildirilib ki, mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla, o cümlədən mətn və video formatlı təlimatlarla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Şirkətin açıqlamasına görə, satışa ümumilikdə 253 mənzil çıxarılır və bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Bildirilir ki, mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib.