Müsavatçı gənclər yeni sədr seçdilər

Gənclər təşkilatına yeni sədr seçilən Elman Quliyev

İyuunun 9-da Müsavat Partiyasının Gənclər Təşkilatının VII konfransı keçirilib.

Məlumata görə, konfransda gənclər təşkilatının sədrliyinə, İdarə Heyətinə və Nəzarət Təftiş Komitəsinə seçkilər keçirilib.

Tədbir gənclər təşkilatının sonuncu sədri olmuş Əbülfəz Sadıqbəyli hesabat verib, həmçinin partiyanın başqanı Arif Hacılı çıxış edib.

Konfransda Müsavat gənclərinin fəallarından olan Elman Quliyev səsvermə nəticəsində partiyanın gənclər təşkilatının növbəti sədri seçilib.

Həmçinin, seçkilərdə gənclər təşkilatının 7 nəfər sərbəst şura və 3 nəfər NTK üzvü seçilib.

Elman Quliyevdən əvvəl sədr Əbülfəz Sadıqbəyli olub. O, partiya Nizamnaməsində qeyd edilən yaş məhdudiyyətinə görə istefa verib.