Özbəkistana gələn turistlərin sayı 42 faiz artıb

2019-cu ilin birinci rübündə Özbəkistana gələn xarici turistlərin sayı 42 faiz artıb. Bu haqda Özbəkistanın Turizmin İnkişafı Komitəsi məlumat yayıb.

Rəsmi rəqəmlərə görə bu il Özbəkistana 1,3 milyon xarici turist gəlib. Rəsmilər bu turizm uğurunun Özbəkistanın islahatlar aparması və sərhəddlərini dünya ölkələrinin üzünə açdıqdan sonra əldə edildiyini deyib.

Bu haqda Orta Asiyadan xəbərlər yayan “Fargananews” saytı məlumat yayıb.

Özbəkistan əsasən Rusiya və Türkiyədən turist qəbul edir. Bu ölkələrdən sonra Çin, Koreya və Əfqanıstandan da Özbəkistana çoxlu turist gəlir. Turistlərin çoxu Özbəkistana 1-3 günlüyünüə gəliblər.

Özbəkistan ümumumiyyətlə 2019-cu ildə ölkəyə 6 milyon turistin gələcəyini gözləyir.

Özbəkistan ölkəyə turist cəlb etmək üçün fəal kampaniya aparır. İndi Özbəkistanda turistlərin maneəsiz foto çəkməyə icazə verilir, viza almaq üçün onlayn elektron viza almaq imkanı yaradılıb.

Həmçinin, hökümət vətəndaşları ölkəyə vizasız gələ bilən ölkələrin sayını da artırmağa çalışır.

Ancaq müxalif qüvvələr ölkəyə gələnlərin əsasən öz qohumlarını ziyarət edən xaricdəki özbəklər olduğunu və gələn turistlərin cəmi 10 faizinin xarici ölkələrdən gələnlər olduğu iddia edir.