Qazaxıstanda növbədənkənar seçkilər keçirilir

Qazaxıstanda iyunun 9-u növbədənkənar prezident seçkiləri keçirilir. Ölkədə seçki məntəqələrinin çoxu yerli vaxtla səhər saat 7:00-da açılıb və axşam saat 20:00-da bağalanacaq.

Bu barədə qazax hökümət saytı Nur.kz xəbər yayıb. Məlumata görə, prezidnetliyə namizədlərin yekun siyahısına 7 nəfər daxil olub.

Onların arasında indi prezident səlahiyyətlərini yerinə yetirən Qasım-Comərd Tokayev, deputatlar Daniya Espaeva və Cambil Axmetbekov, müxalif siyasətçi Amircan Kosanov, yazıçı Sadikbek Tuqel və aqrarsektorun təmsilçisi, biznesmen Toleutay Raximbekov, həmkarlar təşkilatlarınının təmsilçisi Amaqeldi Taspixov var.

Qazaxıstanda prezidenti beş illiyə seçirlər. Ölkə prezidenti öz postuna iki dəfədən çox seçilə bilməz. Əgər seçki günündə namizədlərdən heç olmasa biri səslərin 50 faizini toplaya bilməsə onda seçkilər ikinci tura keçirilir.

Bu ilin aprel ayının 9-da ölkə rəhbəri Qasım-Comərd Tokayev növbədənkənar seçkilərlə bağlı qərarını açıqlamışdı. O bu qərara əvvəlki prezident Nursultan Nazarbayevin vəzifəsindən istefa verməsindən sonra gəlmişdi.