Rəy sorğularına görə Ekrem İmamoğlu Binali Yıldırımdan 9 faiz öndədir

Türkiyədə fəaliyyət göstərən “KONDA” Araşdırma və Rəy Sorğuları təşkilatı iyulun 23-də İstanbul Böyük Şəhər Bələdiyyəsinə (İBB) keçiriləcək təkrar seçkilərlə bağlı son anket nəticələrini ictimaiyyətə açıqlayıb.

Bu ilin 15-16 iyununda aparılan rəy sorğusunda İstanbul Böyük Şəhər Bələdiyyəsinin sərhəddləri içərisində 157 məhəllədə 3 min 498 insanla üz-üzə görüşülərək rəy alınıb.

KONDA araşdırma mərkəzinin 23 iyul seçkiləri ilə bağlı rəy sorğunun nəticələri.

“KONDA” Araşdırma şirkətinin mətbutda yaydığı qrafikə görə İBB sədrliyinə CHP partiyasından namizəd Ekrem İmamoğluna dəstək səsləri 49 faiz olduğu halda AKP-nin namizədi Binali Yıldırıma verilən səslər cəmi 40,9 faiz olub.

Açıqlamaya görə 9,4 faizlik tərəddütlü ya da səs vermək istəməyən seçicilərin səsləri də namizədlərə bərabər miqdarda paylaşıldıqda Ekrem İmamoğlunun səsləri 54 faiz, Binali Yıldırımın səsləri isə 45 faizə çatacağı təxmin edilir.

“KONDA” araşdırma şirkəti öz təxminlərinin yüzdə 95-99 faiz doğru çıxdığını bildirir.