“Sovetski” sakinlәri yenə etiraz aksiyasını keçirib

Arxiv

İyunun 13-dә Bakının “Sovetski” adlanan ərazisində bir qrup sakinlәri keçmiş evlәrin yerlәşdiyi yerdә etraz aksiyasını keçirib.

Şikayətçilərin sözlərinә görә, onlara sökülmüş evlәrinә görә kompensasiya verilmir.

“Biz baş nazirin müavini Hacıbala Abutalıbovun qәbulunda, Nazirlәr Kabinetində, Bakı İcra Hakimiyyәti başçısı Eldar Әzizovun qәbulunda olmuşuq. Bizi hәr yerdәn rәsmәn qovdular. Biz isә haqqımızı olan kompensasiyanı istәyirik”.

Әraziyә cәlb olunmuş polis qüvvәlәri sakinlәrin aksiyanı qanunsuz keçirmәsini bәyan edәrәk, etirazçıları әrazidәn uzaqlaşdırıb.

Bakının “Sovetski” deyilən ərazisinin sökülməsinə 2014-cü ildə başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə ( hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub.Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

Bu yaxınlarda isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov demişdi ki, “Sovetski” ərazisinin yenidən qurulması ilə bağlı xüsusi plan hazırlanır.