Tokayev Qazaxıstanın yeni prezidenti seçilib: xalq etiraz edir

Qazaxıstan, seçkilərə etiraz edən müxalif fəalları.

Dünən Qazaxıstanda keçirilmiş növbədənkənar prezident seçkilərinin nəticələri bəlli olub. Qazaxıstan Mərkəzi Seçki Komitəsinin dünən gecə verdiyi xəbərə görə hal-hazırda prezident vəzifəsini müvəqqəti olaraq icra edən Qasım-Comərd Tokayev prezident seçilib. O səslərin ümumilikdə 70,76 faizini toplayıb.

Xatırladaq ki, aprel ayında prezident vəzifəsində istefa verdiyini elan etmiş Nursultan Nazarbayevin yerinə Qasım-Comərd Tokayev təyin olunmuşdu və növbədənkənar seçkilər elan edilmişdi. Digər yandan Tokayev vəzifə başına gələn kimi paytax Astananın adını dəyişdirib Nur-Sultan qoymuşdu.

Qazaxıstanda seçkilər günü ölkənin əsas şəhərləri olan Alma-Atı və Nur-Sultanda müxalif hərakatın etiraz aksiyaları da keçirilib. Etirazçılar seçkini boykot etməyə çağıran şüarlar səsləndiriblər.

Təkcə Alma-atı şəhərində 100-dək aksiyaçının saxlandığı bildirilir,. Həmçinin paytaxt Astanada yüzə yaxın etirazçı saxlanıb. Astananın mərkəzində keçirilən aksiyada azı 500 nəfər iştirak edib. Saxlananlar arasında jurnalistlər də olub, amma az sonra onların bir qismi buraxılıb.