Ukraynanın parlaq gələcəyi var: Amma əvvəlcə Zelenski oliqarxların, Qərbin və Rusiyanın öhdəsindən gəlməlidir

© AP Photo, Zoya Shu

Ukraynadakı seçkilərin dünya mediası tərəfindən zəif işiqlandırılmasının, “Avromaydan”ın nəticələrinin Qərbin ümidlərini puç etməsindən başqa digər səbəbləri də var, müəllif yazır.

Qərb Ukraynanı “özününkü” hesab etməyə alışıb və yeni prezident Kiyevin müstəqilliyini tanıtdırmaq  üçün təkcə Rusiya ilə münaqişəni deyil, həm də Avropanın iddialarını aradan qaldırmalıdır. Əgər bunu bacara biləcəksə.

“Ukraynanın parlaq gələcəyi var, lakin əvvəlcə Zelenski oliqarxların, Qərbin və Rusiyanın öhdəsindən gəlməlidir”

Bu sərlövhəli yazı Britaniyanın ‘Independent’ nəşrində dərc edilib. Məqalədə deyilir ki, Zelenskinin zirvəyə qalxacaq, hələlik isə ölkənin yeni lideri sağlam düşüncədə malik olduğunu nümayiş etdirir.

Beş il bundan əvvəl bütün dünyada ingilis dilli kütləvi informasiya vasitələri Ukrayna haqqında çox sayda məqalələr dərc edirdilər. Onun qəhraman gəncləri, özlərindən böyük sələflərinin on il bundan əvvəl qışın sərt soyuğuna baxmayaraq, “Narıncı inqilab”ı həyata keçirdikləri Kiyevdəki həmin meydanda avropasayağı gələcək üçün canlarını qurban verirdilər.

Beş il bundan əvvəl baş verən hadisələrə gəldikdə, o vaxt prezident ölkədən qaçır, özündən sonra yeganə mirası olaraq, qeyri-qanuni yolla mənimsənilmiş vəsait hesabına əldə etdiyi, hal-hazırda isə həmvətənlərinin həftə sonu ziyarətləri üçün maraqlı bir obyekt olan malikanə qalır.

Mənfur Rusiya yaranmış xaosdan Krımı ələ keçirmək üçün istifadə edir və ölkənin cənub-şərqində Moskva əleyhinə müqavimətin yaradılmasına təkan verir. Bundan sonra Ukrayna yeni prezidentini seçir və Avropa İttifaqı, NATO, Beynəlxalq Valyuta Fondundan (BVF) yardımlar sel kimi axmağa başlayır, lakin geri qalan bir çox məsələlər Qərbin bir qədər məyusluğuna səbəb olur. Korrupsiya davam edir, siyasi islahatlar axsayır, silahlı qarşıdurma həllini tapmır.

Bu ilin əvvəlindən etibarən Ukraynada baş verənlərin nə üçün lazımi diqqətdən yayındığını izah etməyə məhz bunlar kömək edəcəkdir. Bu beş ay ərzində Ukrayna qərb müşahidəçilərinin azad və ədalətli adlandırdığı, həqiqətən rəqabətli seçkilər keçirdi. Qalib, keçmiş prezidenti açıq fərqlə ötən, tam siyasətdən kənar, eyni zamanda hüquqşünas, media maqnatı və televiziya şousu olan biri seçildi.

Əsasən rus dilli olub, yəhudi kökləri olan Vladimir Zelenskiyə prezident səlahiyyətləri təntənəli şəkildə verildi. Məğlub olan Pyotr Poroşenko isə (o, məğlubiyyətini heç bir etiraz olmadan qəbul edib), onu prezident postunda əvəzləyən şəxsin inauqurasiya mərasimini gülümsəyərək izlədi.

Bu gün yazılı mətbuatda Ukraynanın layiq olduğu diqqətdən kənar qalmasının Qərbin xəyal qırıqlığından başqa da bir çox səbəbləri var. Bunlara misal olaraq, Venesuela kimi münaqişəli yerlərdən olan xəbərləri, Amerika Birləşmiş Ştatları ilə İran arasındakı gərginliyi, 2020-ci il seçkilərindən əvvəl artıq ilk qarşıdurmaların yarandığı ABŞ-da Trump ətrafındakı vəziyyəti və digər xəbərlər arasındakı rəqabəti göstərmək olar. Və əlbəttə ki, Birləşmiş Krallıq – gecə-gündüz ətrafında danışıqlar gedən Breksit məsələsi. Bundan əlavə, Pasxa ərəfəsində Şri-Lankada törədilmiş terror hücumları Ukraynada keçirilmiş prezident seçkilərini tamamilə beynəlxalq xəbərlər sırasından çıxarmışdı.

Bəlkə başqa bir fərq də ondan ibarətdir ki, 2004 və 2014-cü illərin gündəmi – cəsur Ukrayna Avropasayağı gələcəyi uğrunda uğurla Rusiyaya qarşı çıxır – bizə daha çox sərf edirdi, 2019-cu ilin baharı isə elə də qane etmir. Nəticə etibarilə, Avropa İttifaqı və Qərb son beş ildə Ukraynaya ümumilikdə böyük miqdarda maliyyə və siyasi sərmayə qoyub. Poroşenko ilə kifayət qədər rahat əlaqələr yaradılmışdı və son anadək gözlənilirdi ki, növbəti beş ildə də bu, belə davam edəcək. Lakin hər şey anidən dəyişdi – və yaxud da dəyişə bilər.

Nəticədə Zelenskinin yüksəlişinin təfərrüatları ilə əlaqəli hər hansı bir müzakirə başlayan kimi güclü pessimizm notları səslənməyə başlayır. Çətinliklərin və hətta uğursuzluqların olacağı o, hələ prezident vəzifəsinin icrasına başlamamışdan əvvəl proqnozlaşdırılırdı. Və bir çox cəhətdən onu çətin mübarizənin gözlədiyi doğrudur.

Təbii ki, bu yeganə səbəb deyil, ancaq insanların ona səs vermə səbəblərindən biri də xəyal qırıqlığı və hətta qəzəbdir, çünki seçicilərin Poroşenkonun hakimiyyətdə olduğu beş il ərzində tərəqqinin olmamasına münasibəti məhz belə idi. Buna görə Zelenski gözləntilərin səviyyəsini qaldırdı – ancaq onlar asanlıqla əsassız ola bilər.

Əslində, Ukraynanın müxtəlif bölgələrində insanlar ona müxtəlif səbəblərlə səs veriblər – şərqdə silahlı münaqişəni bitirmə vədi böyük əhəmiyyət kəsb edərkən, qərbdə onun haqqında müasir, ünsiyyətə açıq, Ukraynanın Avropasayağı gələcəyinə inanan lider kimi təsəvvürün yaranması daha önəmli oldu. Göründüyü kimi hər kəsi məmnun etmək mümkün deyil.

Bundan əlavə, ehtimal ki, maraqlı dairələrin də məsələyə müdaxiləsi mövcuddur. İlk növbədə, söhbət oliqarxlardan gedir, bunlar Sovet İttifaqının dağılmasından sonra pul qazanan və bunu siyasi nüfuzlarını gücləndirmək üçün istifadə edən iş adamlarıdır. Rusiyadan fərqli olaraq – Putin hakimiyyətə gəldikdən dərhal  sonra onların qol-qanadını sındırmışdı – Ukraynada regional qüvvələrə və hətta şəxsi paramilitar dəstələrə arxalanan oliqarxlar hökmranlıq edirdilər. Zelenski bu vəziyyəti dəyişdirməyi vəd edib, baxmayaraq ki, İqor Kolomoyski adlı oliqarx tərəfindən qorunduğu iddiaları var (bu həftə onun sürgündə olduğu İsraildən Ukraynaya qayıtdığı barədə məlumat yayılıb).

Oliqarxlardan sonra Poroşenko ilə birlikdə fəaliyyət gostərən, onu dəstəkləyən və bu gün də nüfuzlu siyasətçilər olaraq qalan insanlar gəlirlər. Onların arasında parlamentin üzvü olan Yuliya Timoşenko və mövcud siyasi sistemi dəstəkləyən digər ukraynalılar da var. Bəzi müşahidəçilər hətta Ermənistanla müqayisələr aparır; bir il əvvəl dinc inqilaba rəhbərlik edən və indisə artıq seçilmiş prezident olan Nikol Paşinyan adlı autsayder, əvvəlki rejim tərəfindən və ya bəzilərinin dediyi kimi “dərin dövlət” tərəfindən törədilən maneələrlə qarşılaşır. Ölkədə iqtisadi vəziyyətin pisləşəcəyi və ya Rusiya ilə qarşıdurmanın yaranacağı təqdirdə, Zelenski də xalqın narazılığı ilə üzləşə bilər.

Hər hansı bir tək səbəb və ya bütün səbəblər birlikdə qarşısıalınmaz əngəllər yarada bilər. Bu gün çoxları onun xeyrinə danışır, lakin belə söhbətlər zamanla azalır və ya onlara məhəl qoyulmur. O, gəncdir, enerjilidir, müasir kommunikasiyalardan istifadə edir və qismən bunların yardımı ilə seçkini qazanıb. O, siyasətdə yeni ola bilər, lakin o, sadəlövh deyil və Ukrayna reallıqlarından yaxşı xəbərdardır.

Onun uğurlu media biznesi var idi və çox daha uğurlu olan, “Xalqın xidmətçisi” adlı televiziya şousunda prezident rolunda oynayırdı, verilişin bütün ölkədə məşhurlaşmağının səbəbi məhz onda idi ki, burada insanlar öz həyatlarının əksini görürdülər.

Belə görünür ki, o, əsl hakimiyyətlə bağlı vəziyyəti düzgün qiymətləndirir və eyni zamanda özünün planı vardı. Prezident vəzifəsində onun ilk addımı erkən parlament seçkilərinin elan edilməsi və Silahlı Qüvvələrin başçısının dəyişdirilməsi oldu. Seçkilərdə belə bir inamlı qələbə qazandıqdan sonra, Zelenski həm də ölkəsinin şərq və qərbə bölünməsini də aradan qaldırdı, o, həm ukrayna, həm də rus dilində danışan və hər iki dilin də onlar üçün doğma olduğu insanların dəstəyini qazanıb. O, özünün əsasən ukrayna dilində söylədiyi, şərqdə atəşkəsə nail olmaqdan başlayaraq, ukraynalıların ən yaxşı keyfiyyətlərinə qədər toxunduğu inauqurasiya nitqində prioritetlərini aydın şəkildə ifadə etdi. Zelenski onu da deyib ki, onun portretini divarlara asmaq lazım deyil, vəzifəli şəxslər kabinetlərinin divarına öz uşaqlarının şəkillərini asmalıdırlar və qərarlar qəbul etdikləri zaman onların gələcəyi haqqında düşünməlidirlər.

Ukrayna haqqında isə o, belə söyləmişdir: “Biz futbolda islandiyalılar kimi, öz doğma torpaqlarının müdafiəsində israillilər kimi, texnologiya sahəsində yaponlar və fərqliliklərə baxmayaraq, başqaları ilə birlikdə dinc yaşamaq qabiliyyətinə malik olan isveçrəlilər kimi olmalıyıq”.

Bu sözlər həm də başqa şeylərdən də xəbər verir. Belə müsbət keyfiyyətlərə malik olan təkcə Zelenski deyil – yoxsulluq, korrupsiya və bir çox digər problemlərə baxmayaraq, bu xüsusiyyətlər Ukraynada mövcuddur.

Ukrayna əhalisi Rusiya ilə baş verən münaqişədən sonra daha da möhkəmlənən, güclü milli kimlik hissinə malikdir. Bu ölkənin qədim kökləri var, öz tarixi (ruslarınkından fərqlənən), öz dili (digər ölkələrdə olduğu kimi Romalıların deyil, özlərinin, aqrar təqvimi əks etdirən ay adları da daxil olmaqla) mövcuddur. Ukraynanın çox böyük iqtisadiyyatı, ən əsası isə kənd təsərrüfatı var, eyni zamanda o, bəzən kifayət qədər qəribə görünən, yalnız Ukrayna malları və markalarının satıldığı, “Vse Svoi” adlanan mağazalar zəncirinin adında da özünü büruzə verdiyi kimi, özünəməxsus tərzə malikdi.

Əgər Zelenski bütün bunlardan faydalana bilsə və eyni zamanda dürüst qalmağı bacarsa, ola bilsin ki, o, nə Qərbin müştərisi, nə də Rusiyanın düşməni olmayan, dünyada öz yeri olan, müstəqil bir ölkənin – müasir Ukraynanın təməllərini qoysun. Lakin bu, yalnız Ukraynanın məsuliyyəti öz üzərinə götürməyi və ya Rusiyanın Ukraynanı müstəqil ölkə kimi tanıması ilə baş tutacaq məsələ deyil, eyni zamanda Avropa və Qərb də Ukraynanı “özününkü” hesab etməkdən əl çəkməlidir.