Zelenski Saakaşviliyə heç bir vəzifə verməyi düşünmür

Ukraynanın yeni prezidenti Vladimir Zelenski Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşviliyə yeni vəzifə verməyəcək.

Ukrayna KİV-i xəbər verir ki, bu barədə Zelenskinin mətbuat xidmətinin rəhbəri Yuliya Mendel jurnalistlərə açıqlamasında deyib.

“Prezident Mixail Saakaşviliy rəsmi post təklif etməyi düşünmür. Hazırda onunla heç bir danışıqlar aparılmır”.

Mendel bununla belə, prezident komandasının gürcü siyasətçini dinləməyə hazır olduğunu və onun məsləhətrlərindən faydalanmaq istədiklərini açıqlayıb.