1880-ci ildən bəri yaşanmış ən isti iyul ayını keçiririk

Alimlər 1880-ci ildən bəri hava hərarətlərinin qeyd edildiyi zaman kəsiyinə nəzər salaraq bu ilki iyul ayının keçən zamanın ən isti iyul ayı olduğunu deyirlər. Bu haqda “Euronews” televiziyası məlumat yayıb.

Amerika Milli Okyan və Atmosfer İdarəsi (NOAA) Avropa, Şimali Amerika və Şimal Qütbündəki istilik hərarətini ölçərək belə nəticəyə gəlib. İdarənin məlumatına görə 1880-ci ildən bu yana keçən dövr ərzində orta istilik ilk dəfə qeyd edilən ən yüksək səviyyəsinə çatıb.

Amerika Kosmik Agentliyi NASA-nın məlumatlarına görə isə bundan öncəki ay olan, iyun ayı yaxın 140 ildəkindən 0,93 dərəcə daha yüksək hərarətlə keçib. NASA iyul ayının da dünyada ölçüm aparılandan bəri (təqribən 140 ildir) dünyada qeydə alınan ən isti ay olacağını

Bu ay Alyaskada yaxın 140 ildə,qeydə alınan ən isti iki gün yaşanıb, belə ki, Ankoreyc şəhərində havanın hərarəti ilk dəfə 32 dərəcəyə yüksəlib.

Digər tərəfdən meteoroloqlar, 28 iyula qədər istilik dalğasının Almaniya, Fransa, Belçika, İngiltərə, Hollandiya və İskandinaviya ölkələrində rekord səviyyəyə yüksələcəyini deyib.

Almaniya, Fransa, İspaniya, Belçika və Hollandiyanın bəzi şəhərlərində havanın hərarətinin 40 dərəcəni keçəcəyi gözlənilir.

Fransa paytaxtı Parisdə isə iyulun 28-də 1947-ci ildən bəri ölçülən ən yüksək hərarək 40,; dərəcə olacağı gözlənilir.

Hollandiya höküməti isə son 75 ildə ən isti günlərin yaxınlaşması ilə əlaqədar ikinci dərəcəli fövqaladə hal tədbirləri görməyə başlayıb

Hollandiya tarixində ən yüksək hərarət 1944-cü ilin 23 avqustunda, 38,6 dərəcə olmuşdu. Yaxın bir neçə gündə isə Hollandiyada 39 dərəcə hərarət rekordunun qırılacağı gözlənilir.

Hollandiyadan əlavə Belçika və İtalyanın da 40 dərəcədən çox hərarətlə, yaxın tarixlərinin ən yüksək hərarətini yaşayacağı gözlənilir.