23 ildir özünü kitaba həsr edən Xan əmi: ‘Prezident, Mehriban Əliyeva fikirləşməlidir ki…’

Onun haqqında kitab həvəskarından, sosial şəbəkə istifadəçilərindən çox eşitmişdik. Hər nə qədər onu əyani olaraq tanımaq istəsək də, bu maraqlı insanla həmsöhbət ola bilmək fürsətimiz olmurdu.

Onun Sumqayıt şəhərində yerləşən kitab evinə yolandıq. İçəridə kitab alanlar, həyəcanla rəflərdə istədiyi kitabları axtaranlar, gəncləri görəndə açığı bir qədər təəccübləndıq, bir o qədər də sevindik.

Əsas qəhrəmanımız da burada idi. Ona yaxınlaşan, hansısa kitablar barədə məlumat almaq istəyənləri özünəməxsus təmkinlə dinləyir, məsləhətlərini verirdi.

Mane olmaq, onu işindən ayırmaq istəmədik. Ara sakitləşəndə yaxınlaşıb gəlişimizin məqsədini bildirdik, etiraz etmədi və maraqlı bir müsahibəmiz alındı.

Kitabsevərlərin sevimlisi olan Xan əmi (Xanoğlan Rəsulov) artıq 23 ildir ki, kitabçı kimi çalışır. Hal- hazırda Sumqayıt və Bakıda kiçik kitab dükanları var. Müsahibəni təqdim edirik.