Alimentə görə həbs olunmuş yazara prezident ev verdi

Prezident İlham Əliyev yazıçı Murad Köhnəqalaya ev verib. Bu barədə yazıçı özü sosial şəbəkədə məlumat yayıb.

M.Köhnəqalanın sözlərinə görə, onun prezidentə və birinci vitse-prezidentə ünvanladığı müraciətə müsbət reaksiya verilib.

“Mənzil problemimlə bağlı möhtərəm prezidentimiz cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanladığımız müraciət öz bəhrəsini verdi. Prezident İlham Əliyev mənim mənzillə təmin edilməyim barədə sərəncam imzalayıb”.

Yazıçının sözlərinə görə, ona bu xəbəri Bakı Şəhər İcra Hakimiyyətindan zəng edib deyiblər.

“Möhtərəm Prezidentimizin mənə bağışladığı ev altmış yaşıma ən gözəl hədiyyədir”.

Ötən ay yazıçı Murad Könhəqala Tovuz Rayon Məhkəməsinin qərarı il 15 günlük həbs olunmuşdu.

Məhkəmə Murad Köhnəqaladan əvvəlki evlilikdən olan uşaqlarına ödəməli olduğu 12 min manat alimenti tələb edirdi.

Yazıçı dostlarının köməkliyi ilə borcunun bir hissəsini ödəyərək həbsdən erkən azad olunmuşdu.