Almaniyadakı azərbaycanlı mühacirlər “Siyasi Məhbuslara Azadlıq” aksiya keçiriblər

Almaniyadakı Azərbaycanlı siyasi mühacirlərin "DAS" -"Demokratik Azərbaycanı Seç" təşkilatının mitinqi.

18 iyul 2019-ci il tarixində DAS (Demokratik Azərbaycanı Seç) təşkilatının fəalları Essen şəhərində Almaninyanın 3 məhşur Media orqanin qarşısında (NRZ Neue Ruhr/Neue Rhein Zeitung, WAZ Westdeutsche Allgemeine Zeitung və UZ Unsere Zeit ) “Siyasi Məhbsulara Azadlıq” adlı həmryəlik aksiyası keçiriblər. Bu haqqda “Turana” məlumatı mitinqin təşkilatçılarından biri Elşan Abdullayev verib. E.Abdullayevin sözlərinə görə: Media demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş problemlərinin işiqlandırılıb həll olunması baxımından əvəzsiz bir institutdur. Xüsusilə Alman kimi inkişaf etmiş və söz sahibi olmuş ölkələrin mətbuat orqanlarının dünyəvi əhəmiyyəti var. Alman media orqanlarında Azərbaycan kimi avtoritar ölkələrin diqqət mərkəzində olması çox böyük təsirə malikdir. Biz bu aksiyalara əhəmiyyətli alman mətbuat nümayəndələrini və alman ictimaiyyətini Azərbaycanda baş verənlərə çəkmək istəyirik.!

Azərbaycanda söz və mətbuat azadlığı, sərbəst toplaşmaq hüquqlari, siyasi mübarizə üçün imkanlar məhdudlaşdırlıb. Bu gün Azərbaycanda siyasi və dini əqidəsinə görə 110 nəfərdən artıq siyasi məhbus vardir. Azərbaycanda siyasi aktiv insanlara qarşı təqib və təhdidlər davam edir. Hər ay bir neçə şəxs saxta ittihamlarla cinayət məsuliyyətinə cəlb edilir və həbs edilir. Bundan başqa Siyasi siafrişlə həbs olunan insanlar cəzaçəkmə müəssələrində mənəvi, poxloji və fiziki işgəncəyə məruz qalırlar. Azərbaycanda avtoritar hakimiyyət demokratik islahatlar aparib, vətəndaşların inamını əldə etmək əvəzinə insanları qorxu altinda saxalayır və bu yolla korrupsiya, məmur özbaşınalığı, pis idarəetmə haqqında informasiyanın yayılmamasına nail olurlar. Bu gün globalaşan dünyada Avropanin ortasinda kiriminal bir hakimiyyətin olmasi demorkatik Avropa üçün təhlükədir. Siyasi Məhbusların sayina görə Azərbaycan dunyanın birinci ölkələrindəndir. Bu gün Azərbaycanda onlarla insan siyasi baxişlarına və dini əqidəsinə görə, bir neçə juranlist tənqidi yazilarına və çixşlarına görə həbsdədir. Buna görə də, Reporter ohne Qrenzehn təşkilatının hesabatına görə Azərbaycan ifadə azadlığına görə 180 ölkə arasında 166-cı, Beynəlxalq Şəffaflıq Təşkilatının Korrupsiya Qavrama İndeksinə görə isə yenə 180 ölkə arasında 152-ci yerdədir.

Aksiyada digər DAS üzvləri Emin Manafov, Azər Əliyev, Emin Şirəliyev, Mirməhəmməd Hüsyenov, Ceyhun Əlizadə, Aliş Abudllayev, Məmməd Qarayev, Qaçay Priyev və digərləri çixiş edərək həmkarları ilə həmrəy olmuşdular.

Biz DAS (Wähle das Demokratische Aserbaidschan) təşkilatının aktivistləri olaraq, “Almaniyalı Jurnalistlərdən Siyasi Məhbuslara Dəstək” kampaniyasına başladıq. Kampaniya çərçivəsində məqsədimiz Avropa Mediasini, Xüsusulə Almaniya mətbutatinin və jurnalistlərinin fikirlərini Azərbaycanda baş verən hadisələrə yönəltmək və həbs olunan jurnalistlərin azad olunmasına diqqət çəkməkdir.