Azərbaycanlıların sürməyi ən çox sevdiyi maşınların onluğu bəlli olub

“2018-ci ilin göstəricilərinə görə Azərbaycanda 1 170 672 minik avtomobil var”.

Dövlət Statistika Komitəsi illik hesabatında məlumat yayıb.

Statistika Komitəsi bəyan edib ki, 2017-ci il ilə müqayisədə 2018-ci ildə avtomobil sayında 23235 ədəd artım olub.

Azərbaycanda olan  minik avtomobillərin ilk “onluq”u belədir:

Vaz-2101, Vaz 03, Vaz -06 – 199 776 ədəd

“Mercedes” – 199 016 ədəd

Vaz-2105, Vaz -2107 və modif. – 126 749 ədəd

“Hyundai” –  68 179 ədəd

“Toyota” – 50 797 ədəd

“Opel” – 44 037

“KIA” – 34 186 ədəd

“Nissan” – 33245 ədəd

“Mitsubishi” – 21 554 ədəd

“Volkswagen” – 21 418 ədəd