Boris Conson: “Avropa Birliyindən amma, ancaq demədən çıxacağıq”

İngiltərədə iqtidardakı Mühafizəkarlar Partiyasının lideri seçilən 55 yaşlı Boris Conson rəsmən ölkənin yeni baş naziri olub. Conson baş nazir kimi ilk çıxışını edib və Avropa Birliyindən çıxma mövzusuna da toxunub. “31 oktyabr günü amma, ancaq demədən Avropa birliyindən çıxacağıq” – deyə bildirib.

Bundan əvvəlki baş nazir Tereza Meyin istehfasını təqdim etməsindən dərhal sonra Bukinqem sarayına gedən Conson Kraliça ikinci Yelizavetadan höküməti qurmaq tapşırığını alıb.

Boris Conson kraliça Yelizaveta ilə görüşür.

Conson çıxışında İngiltərənin Avropa Birliyində gələcəyi haqda da danışıb:

“Avropa Birliyi ilə sərbəst ticari və qarşılıqlı dəstəyə əsaslanan, yeni və həyacan verici bir ortaqlıq yaratmağımız üçün fürsətlər var, Breksit imkanlarını ən yüksək səviyyəyə çıxaracaq yeni və daha yaxşı bir razılaşma edəcəyik. Bu iş üçün 99 günümüz var. Bu vaxt içərisində hər şeyi çatdıracağımıza inanıram. Ancaq, əlbəttə 99 günü gözləməyəcəyik, çünki ingilis xalqı kifayət qədər gözləyib. Hərəkətə keçmək, qərar vermək, güclü liderlik və bu ölkəni daha yaxşı bir hala gətirmək üçün vaxt çoxdan çatıb”.