Boris Conson: “İslam üzündən müsəlman ölkələr Qərbdən əsrlərlə geri qalıb”

Britaniyanın Baş Naziri olmağa namizəd, mühafizəkar siyasətçi və Xarici İşlər Naziri Boris Conson bu gün keçmişdə yazdığı və yeni ortaya çıxmış bir məqaləyə görə qınanır. O məqaləsində yazıb ki, “Müsəlman ölkələri İslamın üzündən Qərbdən geri qalıb” deyə fikirlərini ifadə edibmiş.

İngiltərədə çap olunan “The Guardian” qəzetinin xəbərinə görə Boris Conson Roma İmperyasından bəhs edən kitabı “The Dream of Rome”də (Roma Röyası) əvvəllər çap olunmuş bir məqaləsinə yer verib. Məqalədə müəllif İslam dini haqda tənqidi fikirlərini qeyd edib. “İslamın üzündən müsəlman ölkələri inkişafdan geri qalıb” – deyə Conson kitabından yazıb.

Consonun məqaləsi ortaya çıxdıqdan sonra Britaniya Müsəlman Şurası öz açıqlamasında bəyan edib ki: “Bir çox insan hələ də Boris Consonun İslamın azadlıq və irəliyə doğru gedən yolu əngəlləyib əngəllmədiyi haqda fikirlərini dəqiq ifadə etməsini istəyir”.

“Guardian” qəzetinin məlumatına görə Consonun haqqında bəhs olunan məqaləsi “Sonra da müsəlmanlar gəldi” adlanırmış. O məqaləsindən müsəlman ölkələrinin tarixinə nəzər salaraq qeyd edir ki, “Müsəlman ölkələrdə burjua sinfinin liberal kapitalizmin və demokratiyanın yayılması mümkün olmayıb və bütün bunlar İslamdan qaynaqlanır”.

Məqalədə həmçinin Osmanlı imperiyası haqda müəllifin fikirləri də diqqəti cəlb edib. O yazır ki: “Roma və Bizans İmperiyasının idarə etdiyi Konstantinopolis min il boyunca öyrənməyin işığını qoruyub saxladı. Bu şəhər Osmanlı imperiyasının idarəetməsinə keçdikdən sonra isə çap maşını 19-cu əsrin ortalarına qədər şəhərə buraxılmadı. Bu şey onların yüzillərlə geridə qalmasına səbəb olub”.

Bundan əvvəl Conson başqa islamafob fikirlərinə görə də tənqidə məruz qalmışdı. O ingilis “Telegrahp” qəzetinə yazdığı məqaləsində burka geyinən qadınları “bank qarətçilərinə” və “məktub qutularına” bənzətmişdi.

Xatırladaq ki, Boris Consonun özünün də həm müsəlman, həm də osmanlı mənşəlli bir ailədən gəlməsi haqda faktlar var. Belə ki, o Osmanlı imperiyasının son Daxili İşlər Naziri Ali Kemalın nəvəsi Stanley Consonun oğludur.