Daxili işlər nazirinin birinci müavini təyin edilən Seyfulla Əzimov kimdir?

Seyfulla Əzimov

Prezident İlham Əliyevin sərəncamı ilə Seyfulla Əzimov daxili işlər nazirinin birinci müavini təyin edilib.

Məlumata görə, bundan öncə o, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) rəhbərlik edib.

Bu qurum mənfi reputasiyaya malikdir və hər zaman hüquq müdafiəçilərinin kəskin tənqid obyekti olub.

Belə ki, bir çox siyasi, dini, ictimai fəallar, jurnalistlər, blogerlər həbs olunaraq “Bandotdel”də saxlanılıb. Məhkəmə proseslərində onlar bu idarədə amansız işgəncələrə, qeyri-insani rəftara məruz qalmalarından danışıblar.

İyunun 20-də Vilayət Eyvazov daxili işlər naziri postuna təyin edildikdən sonra DİN rəhbərinin müavini postu vakant qalırdı.

DİN mətbuat xidməti S.Əzimovun təyinatını təsdiqləyib.

Seyfulla Əzimov kimdir?

Polis general-mayoru Seyfulla Əzimov Azərbaycanda polis strukturunda ən sürətli karyera yüksəlişinə sahib edən şəxsdir.

Yeni nazir müavinin bioqrafiyasına baxanda məlum olur ki, 10 il müddətində bölmə rəisinin müavini vəzifəsindən nazirin birinci müavini olana qədər sürətlə vəzifəyə qalxıb.

Seyfulla Əzimovun 2009-cu ilin aprel ayına qədər Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəis müavini olub. Həmin vaxt polis mayoru rütbəsində olan Əzimov 22-cü polis bölməsinə rəis təyin olunub.

Elə həmin ərəfədə onun rəhbərlik etdiyi bölmənin ərazisində, ADNA-da 2009-cu ildə terror hadisəsi baş verdi və Əzimov həmin vaxt Nəsimi Rayon 22-ci polis bölməsinin rəisi kimi hadisə yerinə gələn ilk səlahiyyətli şəxslərdən olub. Onun akademiyada avtomatla yoxlama apardığını əks etdirən kadrlar da var.

10 ilə bölmə müavini postundan nazirin birinci müavini vəzifəsinə

Qısa müddətdən sonra Əzimov Ramil Usubovun əmri ilə Nərimanov Rayon Polis İdarəsinin rəis müavini təyin olunur. Bir müddətdən sonra 2011-ci ildə S. Əzimov müavinlikdən rəis vəzifəsinə qalxır. O, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alır.

Üç ildən sonra isə ona daha böyük post – Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi etibar olunub.

Beş il “Bandotedəl”in rəisi olan Seyfulla Əzimov daxili işlər nazirinin birinci müavini vəzifəsinədək yüksəlir.

Seyfulla Əzimov 24-cü bölmənin rəis müavini olmamışdan qabaq “Bandotel”də əməliyyatçı olub. Həmin vaxt isə “bandotdel”in rəisi V.Eyvazov idi.

İddia etmək olar ki, Əzimovun Vilayət Eyvazova birincü müavin təyin olunması təsadüfi deyil. Daxili İşlər nazirinin birinci müavini vəzifəsi sıradan bir post deyil. Ora ən inanılmış və bacarıqlı şəxsi təyin edirlər.