Efiyopiya höküməti ətaf-mühit probleminə görə səfərbər olub: 224 milyon ağac əkilib

Efiyopiya baş naziri Abiy Əhməd ağac əkərkən.

Efiyopiyanın baş naziri Abiy Əhmədin administrasiyasının açıqlamasına görə Efiyopiya bütün dünyada ağacəkmə sahəsində rekord qırmağa hazırlaşır.

Efiyopiya televiziyası FBC-nin məlumatına görə, iyulun 29-da Efiyopiyada 224 milyonuncu ağac əkilib. Hökümət bu rəqəmlə, bundan öncəki Hindistanın rekordunu qırıb.

Televiziyasının xəbərində bildirilib ki, Efiyopiya höküməti ağacəkmə kampaniyası üçün hökümət idarələrini və məktəbləri bağlayıb.

Baş nazir televiziya ilə xalqa müraciət edərək deyib ki, bayıra çıxın və təbiətdə izinizi qoyun. Baş nazir Abiy Əhməd isə öz ağacını Arba Minch şəhərində əkib.

Baş nazirin təşəbbüsü ilə may ayında başladılmış “Yaşıl Miras” kampaniyası çərçivəsində, ilin sonuna qədər bütün ölkə boyu 4 milyard ağac əkilməsi hədəflənir.

Əhalinin sürətlə artması kasıb Efiyopiyada əkinəyararlı ərazilərin azalmasına gətirib çıxarıb.

BMT-nin Dirçəliş Proqramına görə, ətraf-mühit problemi illərdir Efiyopiyanın əsas problemlərindən biridir.

BMT Efiyopiyanın əsas ətraf-mühit problemlərinin meşələri itirmə, torpaq aşınması, biomüxtəlifliyin azalması, çölləşmə, quraqlıq, sellər, su və hava kirliliyi problemləri olduğunu bildirir.