Gənc yazıçı İkinci Mahmud ürək tutmasından vəfat edib

Ədəbi dairələrdə “İkinci Mahmud” təxəllüsü ilə ilə tanınan gənc yazıçı Mahmud Atakişiyev vəfat edib.

Bu barədə onun dostları sosial şəbəkədə xəbər yayıblar. Məlumata görə, yazıçının nəşi dəfn olunması üçün yaxınlarının yaşadığı Ağstafa rayonunun Muğanlı kəndinə aparılıb.

M.Atakişiyev bu gün Bakının Xətai rayonundakı evində ürəktutmadan vəfat edib. Onun meyitini  evdə həyat yoldaşı aşkar edib.

İkinci Mahmudun indiyədək “Tualet kağızı”, “Bataqlıq donuzu”, “Ümüd arısı” adlı üç nəsr formasında yazılmış kitabı çap olunub.

Ruhu şad olsun…

Əvvəlki məqaləGürcüstan Rusiyadan uzaqlaşanda Azərbaycana daha çox ehtiyac duyur – Şahin Cəfərli
Növbəti məqalədəHərbi hissədə tank mərmisi partlayıb, iki hərbçimiz həlak olub