Gülnarə Kərimovanın Fransadakı mülklərinin satışından əldə olunan pul Özbəkistana veriləcək

Fransa höküməti keçmiş prezident Gülnarə Kərimovanın bu ölkədəki mülklərinin satışından əldə olunan gəliri Özbəkistana verəcəyini açıqlayıb. Bu haqda Fransanın “RFI” agentliyi məlumat yayıb.

Gülnarə Kərimovanın Fransada üç evi olduğu deyilir – onlardan biri Parisdə mənzil, o biri Sen-Trope rayonunda villa və Paris ətrafında nəhəng malikanədir. Bütün bunlar ona məxsus olan SCI (Société civile immobilière) şirkətinin adına rəsmiləşdirilibmiş.

Fransız prokurorluğu apardığı tədqiqatlar nəticəsində belə qərara gəlib ki, adıçəkilən evlər korrupsiya pulları ilə alınıb, daha dəqiqi Gülnarə Kərimova xarici telekommunikasiya şirkətlərini Özbəkistan bazarına buraxmaq qarşılığında onlardan tələb etdiyi pullarla bu evləri əldə edib.

Fransa milli maliyyə prokuroru Nikol Bayeto deyib ki, Kərimovanın Fransadakı mülkləri ilə bağlı rəsmi Daşkənd bu il qərar qəbul edib.

Fransa ilə Özbəkistan arasında məlum məsələlər üçün danışıqlar aparmağa 18 ay vaxt lazım olub. İki fransız prokuror Bayeto Turner Özbəkistan paytaxtına səfər etdikdən sonra məsələ öz həllini tapıb.

Özbəkistan höküməti ilə görüşdə prokurorlar həmçinin Gülnarə Kərimovanın mülklərinin satılmasından əldə olunan pulun hansı hüquqi yolla Özbəkistana qaytarılacağını da müzakirə ediblər.

Gülnarə Kərimovanın Fransanın Versal sarayının ətrafında aldığı nəhəng malikanə.

Özbəkistann Fransadan satılacaq mülklərə görə nə qədər vəsait alacağı hələlik məlum deyil.

Kərimovanın Parisdəki evi isə artıq auksionda 14 milyon avroya satılıb, bu həmin mülkün alınma qiymətindən iki dəfə ucuzdur.

Həmçinin Kərimovanın Fransadakı varidatının bir hissəsi (2 milyon avro) Fransa höküməti tərəfindən istintaq xərclərini qarşılamaq üçün müsadirə edilib.