İngiltərənin yeni baş naziri Boris Conson olacaq

Boris Conson (Boris Johnson)

Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının liderliyi uğrunda seçkilərində Boris Conson qələbə qazanıb.

Britaniya qanunlarına görə, hakim partiyanın rəhbəri elə baş nazir seçilir və höküməti formalaşdırır.

İyulun 23-də Britaniya Mühafizəkarlar Partiyasının yeni liderinin adı açıqlanıb. Bu Boris Consondur.

Partiya sədrliyi uğrunda mübarizədə Aleksander Boris de Pfeffel ConsonCeremi Riçard Sreynşem Hant iştirak edirdi. Boris Conson səs çoxluğu ilə rəqibinə qalib gəlib.

55 yaşlı Conson “Mühavizəkarlar partiyası”ndan İcmalar Palatasının deputatı və keçmiş xarici işlər naziridir.

O hesab edir ki, Böyük Britaniya “Brekzit”-lə (ölkənin Avropa Birliyindən çıxması) bağlı razılaşma əldə olunub-olunmamasından aslı olmayaraq, oktyabrın 31-dək Avropa Birliyindən çıxmalıdır.

Bundan əvvəl Böyük Britaniyanın baş naziri olan Tereza Mey iyunun 7-si istefa verib.

O, bu addımı təqdim etdiyi yenilənən “Brexit” sazişi layihəsini parlamentdən keçirə bilmədiyinə görə atıb.