İran uranın zənginləşdirilməsinə qoyulan limiti aşacağını bəyan edib

İran, 2015-ci ilində nüvə razılaşmalarına əsasən uranın zənginləşdirilməsi limitini keçəcəyini bəyan edib. Bu haqda hökümət sözçüsu Əli Rabiyeyi keçirdiyi mətbuat konfransında dilə gətirib. Rabiyeyi deyib ki, “Bu gündən etibarən 3,67-lik limitə sadiq qalmayacağıq və uranın zənginləşdirilməsi miqdarını şəxsi ehtiyaclarımıza görə artıracağıq”. Bu haqda İranın “İRNA” xəbər agentliyi xəbər yayıb.

İranın xarici işlər naziri Abbas Arakçı isə Qərbin diplomatik dairələri ilə nüvə məsələsi ilə bağlı müzakirələr etməyi planladıqlarını deyib.

Digər yadan İranın nüvə proqramı ilə bağlı Fransa prezidenti Emmanuel Makron iyulun 15-də görüşlər təşkil edilməli olduğunu dilə gətirib.

İsrailin baş naziri Benyamin Netanyahu isə İranın hərəkətlərini olduqca təhlükəli adlandırıb. O İranın BMT-də verdiyi sözünə əməl etmədiyini deyib.

İran prezidenti Həsən Ruhani keçən həftə etdiyi açıqlamada bildirmişdi ki, sentyabrın 7-dən etibarən uranın zənginləşdirilməsi işinə başlayacaqlarını bildirmişdi.