Martin Skorses Bob Dilan haqda sənədli film çəkib [trailer]

“Taksi sürücüsü”, “Köstəbək” kimi filmlərin rejissoru, Oskar mükafatı laureatı Martin Skorses ‘Netflix’ kanalı üçün Bob Dilan haqda sənədli film çəkib.

Skorsesin Nobel ədəbiyyat mükafatı almış amerikalı musiqiçi Bob Dilan haqqındakı sənədli fillim adı “Rolling Thunder Revue: A Bob Dylan Story” – adlanıb.

Film Dilanın ABŞ-da 1975-ci ildən 1976-cı ilə qədər davam edən, bir çox məşhur müğənninin iştirak etdiyi konsert səfərlərindən bəhs edir.

Bu Skorsesin Dilan haqda çəkdiyi ikinci sənədli filmdir. Filmdə rejissor Dilanın konsertlərində çəkilmiş arxiv materiallarından bol-bol istifadə edib.

Sənədli filmdə həmçinin Dilanın illər sonra ilk dəfə verdiyi video müsahibəsi də yer alıb.