Meyvəli bazarında yumurtadan kütləvi zəhərlənmə baş verib

“Meyvəli” bazarında kütləvi zəhərlənmə olub. Bu haqda Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə təcili yardıma ilk çağırış saat 10.14 daxil olub və həkimlər bir nəfəri zəhərlənmə diaqnozu ilə Klinik Tibbi Mərkəzə aparıblar.

“Saat 10:52 də ikinci çağırış daxil olub. Daha 3 nəfərin halının pisləşdiyi bildirilib. Təcili Tibbi Yardım briqadası o 3 nəfəri də KTM-nin yolxucu xəstəliklə şöbəsinə gətirib”.

Rəsmi açıqlamada deyilir ki, tibbi yardım göstərilərkən zərərçəkmişlər yumurta yedikdən sonra özlərini pis hiss etdiklərini bildiriblər.

Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə xəstələr yoluxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər. Hazırda xəstəxanaya çatdırılan şəxslərə lazımı yardımlar edilir. Vəziyyətləri orta-ağırlıqdadır.