Moskvada mitinqdə iştirak etdiyinə görə 40 nəfərə həbs cəzası verilib

Moskvada mitinqlər zamanı həbs olunan nümayişçi.

Dünən, iyulun 29-da Moskva məhkəməsində 40 nəfər mitinq iştirakçısına həbs verib. Mitinqçilər iyulun 27-də aksiya zamanı saxlanılıblar.

Həbs olunan 39 nəfər kişi və bir nəfər qadına 3 sutkadan, 30 sutkaya qədər iş verilib.

Həbs olunanlar arasında Moskva dumasında deputatlığa namizəd İlya Yaşin, İvan Jdanov, Aleksandr Solovyev, Konstantin Yankauskas, siyasətçi Vladimir Milov da olublar.

Siyahını “OVD-İnfo” adlı hüquq-müdafiəsi təşkilatı yayıb. Təşkilatın məlumatlarına görə, ümumilikdə mitinqlərdə iştirak etmiş 79 nəfər yarım milyon rubla qədər cərimələnib.

Moskvada iyulun 27-də ümumilikdə 1300-dən çox adam həbs olunmuşdu. Həbslər zamanı OMON və Rosqvardiya üzvləri böyük amansızlıq göstərərək sivil etiraz edən vətəndaşları dəyənəklərlə döymüşdü.

Onlarca insan xəsarət almışdı. Mitinqlərdən sonrakı gün 700-dən çox insan həbsdən buraxılmış, 265 insan isə polis idarələrində iki gecə saxlanılmışdı.

İyulun 27-də Rusiya müstəqil namizədlərin Moskva şəhər dumasına seçkilərdən iştirakına icazə verilməməsinə qarşı mitinq olmuşdu.

Minlərlə nümayişçi Moskva şəhər seçki komissiyasından müstəqil namizədləri seçkiyə buraxmağı tələb edirdi.