Norveç neft mənşəli yanacaqlardan istifadəni maksimum azaltmağı hədəfləyir

Norveç neft fondu neft və təbii qaz sənayesinə yatırımları azaltmağa qərar verib. Norveç höküməti bunun ətraf-mühiti qorumaqla əlaqədar olmadığını deyib. Bu haqda alman “Bild” qəzeti geniş reportajında yazır.

“Bild” muxbiri yazır ki, Osloda bir supermarketin qarşısında 3-4 elektromobil gözə dəyir. Bu bütün Norveç üçün normal mənzərədir. Ölkədəki yeni maşınların az qala yarısı havaya zərərli tullantılar buraxmayan elektrik motoru ilə işləyir. Paytaxt Osloda yaşayan təqaüdçü Rune Ferburq deyir ki, Noveçdə elektrik benzindən fərqli olaraq ucuz olduğu üçün o özü də elektrikli maşın almağa qərar verib.

Osloda maşınların parkinq qiyməti elə də ucuz deyil. Yarım saat üçün 3 avro, bir saat üçün 6, iki saat üçün 14 avrodur. Burda maşını almaqla iş bitmir. Şəhər hakimiyyəti 1990-lardan indiyə kimi get-gedə böyüməkdə olan şəhər nəqliyyat sisteminin miqyasını nəzarətdə saxlamaq üçün mübarizə aparır. Bumun üçün yüksək tariflər tətbiq edir. Beləliklə, Oslo bir çox Avropa şəhərinin əldə edə bilmədiyi bir hədəfi əldə edib. Bu şəhərdə maşınların ətrafa yaydığı zərərli qazlar minimumdur. Bu şəhər elektromobillər istehsal edən şirkətlər üçün sınaq meydançasıdır. Bu şəhər neft və qaz yanacağı ilə işləməyən maşınlardan ibarət gələcəyin şəhərinin necə olacağı haqda təsəvvür yarada bilir.

Elektriklə işləyən maşınların ümumi maşınlar araında payına görə Norveç dünyada birinci yerədədir.

Norveç dünyanın ən varlı ölkələrindən biridir, amma bu ölkə elektrikli maşınlardan kütləvi istifadə ilə bağlı sınaqlar keçirir, çünki bu ölkədə ictimai nəqliyyat çox bahadır.

Bu ölkə öz neft qaz gəlirlərini Dövlət Suveren Fonduna toplayır. Bu fondu isə Mərkəzi Bank idarə edir. Norveçlilər bu fondun saytına girib dövlətin neft və qazdan gəlirlərini öyrənə bilər. Hal-hazırda Fondum büdcəsində 9 trilyon norveç kronu, yəni 1 trilyon avro toplanıb. Fərqi yoxdur liberallar yada sosial-demokratlar olsun hər bir Norveç partiyası və indiyədək gələn hökümətlər bu fondun saxlanılması ideyasını dəstəkləyir.