Qarabağda erməni əsgərin öldürüldüyü deyilir

Arxiv

Azərbaycanın işğal olunmuş Qarabağ ərasizində, qoşunların təmas xəttində erməni əsgər həlak olub. Bu haqda erməni “lragir” xəbər saytı məlumat yayıb.

Qarabağdakı qondarma erməni respublikasının Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb ki, əsgər iyul ayının 24-də gecə həlak olub. Məlumatda əsgərin hələlik bilinməyən şəraitdə, odlu silahdan açılan atəşlə ölümcül yaralandığı və həyatını itirdiyi deyilir. Həyatını itirən hərbçi 2000-ci il təvəllüdlü Volodya Hamletoviç Haloyandır.