“Rustavi-2” telekanalı Putini təhqir etmiş jurnalistini iki aylıq televiziyadan uzaqlaşdırıb

İyunun 7-də “Rustavi-2” telekanalının efirində Rusiya prezidenti Vladimir Putinin əleyhinə söyüş və təhqir işlətmiş jurnalist Georgi Qabuniya televiziyadakı işindən uzaqlaşdırılıb. Bir çox gürcü siyasətçisi, həmçinin Mixail Saakaşvili Qabuniyanın Putin əleyhinə etdiyi çıxışını yersiz və zövqsüz addım adlandırıb.

Saakaşviliyə yaxınlığı ilə bilinən “Rustavi-2” kanalı aparıcını iki aylıq efirdən uzaqlaşdıracağını bildirib. Həmçinin, aparıcı Qabuniyanın efirdən Putini söydüyü verilişi “Postkriptium” da bağlanıb.