Sabirabad rayonunun mərkəzi bazarı yanıb

İyulun 16-da səhər saatlarında Sabirabad rayonunda Mərkəzi bazarda yanğın baş verib. Bu barədə FHN-in məlumatında deyilir.

İlkin məlumata görə, yanğın nəticəsində bazar ərazisində iki mağaza və 1300 kv.m. sahədə piştaxtalar yanıb. Yanğının söndürülməsinə 11 ədəd texnika cəlb edilib.

Yanğın saat 08:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.

Yanğının başvermə səbəbləri, və xəsarət alanlar barədə açıqlama verilmir.

Əvvəlki məqaləBoris Conson: “İslam üzündən müsəlman ölkələr Qərbdən əsrlərlə geri qalıb”
Növbəti məqalədəBundan sonra Ukraynada bütün vətəndaşlardan ukraincə bilmək tələb olunacaq