Tbilisi məhkəməsi azərbaycanlı fəalın şikayətini təmin etməyib

Tbilisi Apellyasiya Məhkəməsi azərbaycanlı hüquq müdafiəçisi Avtandil Məmmədovun 3000 lari (1200 ABŞ dolları) girov müqabilində azadlığa buraxılması barədə Marneuli Rayon Məhkəməsinin 19 iyun qərarını qüvvədə saxlayıb.

Bu barədə Avtandil Məmmədov açıqlama yayıb. Onun sözlərinə görə, onun azad edilməsilə bağlı prokurorluğun etirazını təmin etməyib.

Fəal iyunun 17-də Azərbaycanın sorğusu əsasında saxlanılıb. Azərbaycan onu dələduzluqda ittiham edir. Lakin təqibin əsl səbəbi onun siyasi fəaliyyətilə bağlıdır.

Belə ki, A.Məmmədov Azərbaycanın şimal bölgəsində insan hüquqlarının müdafiəsilə məşğul olub.

Yerli hüquq müdafiəçilərinin dəstəyi sayəsində A.Məmmədovun ölkəyə verilməsinin qarşısı alınıb.

Hazırda o, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına müraciət edərək Gürcüstandan başqa ölkəyə göndərilməsini xahiş edib