Trampın Meksika ilə sərhəddə divar çəkmək arzusu axır ki, reallaşır

ABŞ-ın Ali məhkəməsi prezident Donald Trampın Meksika ilə sərhəddə divar tikilməsiylə bağlı mübahisəli qərarına yaşıl işıq yandırıb. İyulun 27-də ABŞ Ali məhkəməsi hökümətə Trampın Meksika ilə sərhəddə divar çəkmək planına görə 2,5 milyard dollar pul ayırmağa icazə verib.

Xatırladaq ki, ABŞ Ali məhkəməsi büdcə pullarının sərhəd divar üçün xərclənməsini qeyri-qanuni hesab edən Kaliforniya ştatının federal məhkəməsinin qərarını ləğv edib.

Bundan sonra ABŞ prezidenti Donald Trampın administrasiyası ayrılan vəsaiti divarın ucaldılmasına xərcləyə bilər.

Qeyd edək ki, Meksika ilə sərhəddə divarın tikilməsi Trampın seçkiöncəsi vədlərindən biri idi.