Vəkil Elçin Sadıqovla bağlı intizam icraatına xitam verilir

Elçin Sadıqov

Vəkil Elçin Sadıqov Vəkillər Kollegiyasında onunla bağlı intizam icraatına xitam veriləcəyini bildirib. 

Bu barədə vəkil özü sosial şəbəkədə açıqlama yayıb. Onun sözlərinə görə, məsələ ilə bağlı məsələ ilə bağlı Kollegiyanın sədri Anar Bağırov və Rəyasət Heyətinin üzvləri ilə görüşüb.

Elçin Sadıqovun sözlərinə görə, onun inzibati məsuliyyətə cəlb edilməsilə bağlı məsələ həllini tapıb. Vəkilə bildirilib ki, intizam icraatına xitam veriləcək.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov isə Azadlıq Radiosuna açıqlamasında problemin həll edildiyini təsdiqləyib.

“Vəkil Elçin Sadıqovla görüşdük. Məsələni sivil qaydada həll etdik. O, Facebook-da yazdığı statusu (intizam icraatının başlanmasına əsas omuşdu) sildi. Biz də bunu nəzərə alaraq qarşılıqlı addım atacağıq. İyulun 17-də Rəyasət Heyətinin iclasında məsələyə yenidən baxacağıq”, -A. Bağırov Turan-a bildirib.

İntizam icraatına E.Sadıqovun Vəkillərin İntizam Komissiyasının keçmiş üzvü, mərhum Sərdar Qasımovla bağlı status yazması səbəb olub. Vəkil bildirmişdi ki, S.Qasımov komissiyanın qərarlarını rəhbərliyin sifarişilə hazırlayırmış.

S.Qasımovun xanımı E.Sadıqovdan şikayət etmişdi.