Zelenski facebook vasitəsilə Putini danışıqlara çağırıb, Putin Zelenskiyə zəng vurub

Vladimir Zelenski

Ukraynanın prezidetni Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin ilk dəfə telefonla danışıblar. Bu haqda iyulun 11-də Rusiya və Ukrayna prezidentlərinin mətbuat xidmətləri məlumat yayıb. Kremlin bəyanatında isə deyilir ki, telefon danışığı Zelenskinin təşəbbüsü ilə baş tutub. İş orasındadır ki, Zelenski bir neçə gün öncə Facebookdakı profilindən Putini görüşməyə çağırıbmış və Putinin cavabı özünü çox gözlətməyib.

Zelenskinin mətbuat xidmətinin məlumatına görə iki lider arasında söhbət əsasən 2018-ci ildə Kerç boğazındakı münaqişə nəticəsində həbs olunmuş ukraynalı dənizçilərin həbsdən azad olunması üzrəində aparılıb. Həmçinin tərəflər Rusiyada əsirlikdə saxlanılan başqa Ukrayna vətəndaşlarının azad olunması üzərində danışıblar.

Kremlin məlumatına görə iki lider həmçinin Ukraynanın şərqində yaranmış münaqişənin müzakirəsi üçün yenidən danışıqları bərpa etmək üzərində danışıblar.

Bundan başqa Putinlə Zelenski “normand formatında” ünsiyyəti davam etdirmək üzərində də müzakirə ediblər. Putinlə telefon danışığından üç gün öncə Zelenski Facebook hesabı vasitəsilə Putinə Minskdə ABŞ, Böyük Biryaniya, Almaniya və Fransa liderlərinin vasitəçiliyi ilə görüşüb danışıqlar aparmağı təklif etmişdi və Kremlin reaksiyası özünü çox gözlətməyib.