107 yaşlı amerikalı qadın uzunömürlülüyün sirrini bölüşür: “Heç vaxt evlənməmişəm”

Uzunömürlü amerikalı qadın Luis Siqnore.

ABŞ-ın Nyu-York şəhərinin Bronks bölgəsində bir məhəllənin sakinləri qonşuları Luis Siqnorenin 107 yaşını qeyd ediblər. Siqnore ondan uzunömürlülüyün sirrini soruşanların hamısına eyni cavabı verir: “Heç vaxt evlənməmişəm, sirrim budur” – deyir

Siqnore aktiv həyat keçirir, rəqs edir, qumar oynayır və həyatı boyu evlənməməsi ilə fəxr edir. O sağlam dieta və idman məşqlərinin də sağlamlığında rolu olduğunu deyir. Yaşlı qadının 99 yaşından bəri qonşuları hər il onun ad gününü qeyd edir.

CNN televiziyasına müsahibəsində Siqnore deyir ki: “Bacım, kaş mən də evlənməyəydim” – deyərək şikayərlənir”. Luis Siqnorenin bacısı da 102 yaşa qədər yaşayıb və sağlamdır. Buna görə də həkimlər uzunömürlülüyü Siqnore ailəsinin genləri ilə əlaqələndirir. Hər il Siqnorenin doğum günündə 100-ə qədər insan iştirak edir.
Qeyd edək ki, ABŞ-dakı ən yaşlı qadın, 114 yaşlı Alelia Mörfi də Nyu-Yorkda yaşayır.