Azərbaycan Ermənistanla sərhəddə strateji yüksəklikləri ələ keçirdiyini rəsmi olaraq təsdiq edib

Azərbaycan sərhədçiləri son günlər Ermənistanla sərhəddə bir sıra strateji yüksəklikləri ələ keçiriblər. Dövlət Sərhəd Xidmətinin (DSX) aparat rəhbəri general-mayor Elçin İbrahimov da bu xəbəri rəsmi olaraq təsdiq edib.

“Ermənistan ərazisində mühüm hərəkət yollarına optimal nəzarət imkanlarını genişləndirən strateji yüksəkliklər ələ keçirilib. Bu addımlar Ermənistan tərəfin dövlət sərhədinin bu istiqamətində strateji mövqeləri nəzarəti altına almaq cəhdləri, habelə Azərbaycanın sərhədyanı yaşayış məntəqələrinin və DTX birləşmələrinin təhlükəsizliyini təmin etmək istəyi ilə şərtlənib”, deyə o qeyd edib.

İbrahimov Azərbaycan sərhəd qoşunlarının bu hissədə irəliləyişini “əhəmiyyətli” adlandırıb. Amma o, DTX qüvvələrinin nə qədər irəli getdiyini dəqiqləşdirməyib. “Bəzi məlum səbəblərdən bu məsələ ilə bağlı daha geniş məlumat vermək qeyri-mümkündür”, deyə o qeyd edib.

İbrahimov bildirib ki, ötən ilin payızında Qazax və Ağstafa rayonları ərazisində sərhəd hissəsinin DTX-nin nəzarəti altına verilməsi hərbi hissələrin və Azərbaycan Müdafiə Nazirliyinin birləşmələrinin döyüş qabiliyyətinin daha da artırılmasına, yeni ehtiyat qüvvələrin yaradılmasına və şəxsi heyətin döyüş qabiliyyətinin gücləndirilməsinə yönəlmişdi.

Ermənistanla sərhədin bu hissələrinin DTX-nin nəzarəti altına verildiyi andan etibarən 9 ay ərzində Qazax sərhəd diviziyası yaradılıb, onunla sərhədin bu hissəsində mövqelər möhkəmləndirilib.

İbrahimov hesab edir ki, Qazax və Ağstafa rayonlarında sərhəd hissəsi istiqamətində DTX birləşmələrinin möhkəmləndirilməsi “böyük prosesin başlanğıcıdır”.

O xatırladıb ki, hazırda Azərbaycan-İran sərhədinin 132 km-i və Azərbaycan-Ermənistan dövlət sərhədinin 435 km-i Ermənistanın işğalı altındadır.

Bir müddət əvvəl KİV DTX-nin Ermənistanla sərhəddə dörd strateji yüksəkliyi nəzarəti altına aldığı barədə məlumat yaymışdı.