Azərbaycanda yerli aviasiya şirkətləri bir ildə 208 milyon manat zərərlə işləyib

2018-ci ildə Azərbaycanın aviasiya şirkətləri sərnişin daşımadan 528,4 milyon manat əldə edib, bu da ötən ildən 14,3% çoxdur. Lakin itkilərin artımı onların gəlirlərinin artım tempini qabaqlayır.

Dövlət Statistika Komitəsinin aviaşirkətlərin maliyyə məruzələri əsasında hazırladığı hesabatlar bunu göstərir.

Hesabata görə, 2018-ci ilin yekunlarına görə, yerli aviaşirkətlər aviadaşıma xərcləri nəzərə alınmaqla ümumilikdə 208 milyon 233 min manat zərərə məruz qalıb. Bir ildə aviaşirkətlərin zərəri 20,8% artıb.