Bundan sonra ali məktəb tələbələri təhsil haqqlarını hissə-hissə ödəyə biləcək

Təhsil naziri Ceyhun Bayramov ali məktəb rektorlarına tələbələrdən təhsil haqqını mərhələli şəkildə – yarımilliklər üzrə almağı tapşırıb. Bu barədə Turan-a Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, bu qərarı Təhsil Nazirliyinin kollegiyası verib.