Eks-prezident korrupsiya ittihamı ilə həbs olunub [video]

Almazbek Atambayev həbs olunarkən.

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev iqamətgahına xüsusi təyinatlı qüvvələrin hücumu nəticəsində həbs olunub və ona avqustun 26-na kimi həbs verilib.

Onun vəkili Sergey Slesarov 24.kq xəbər agentliyinə bildirib ki, saxlanma ilə bağlı heç kim hər hansı sənəd təqdim etməyib:

“Söz verdilər ki, bu gün təqdim edəcəklər. Müştərimə yalnız bildiriş veriblər və dərhal profilaktik tədbir görülüb”.

Almazbek Atambayevə “korrupsiya” maddəsi ilə ilkin ittiham irəli sürülüb. Qırğızıstan Prezidentinin keçmiş aparat rəhbəri Fərid Niyazov da saxlanıb.

Bişkek Polis İdarəsi cümə axşamı baş verən iğtişaş zamanı Almazbek Atambayevin 40 tərəfdarının tutulduğunu bildirib.

Polisin bildirdiyinə görə, cümə gününə keçən gecə baş verən iğtişaşda təxminən 1500 adam iştirak edib.

Как Атамбаев сдался силовикам

"Меня можете расстрелять, но ребят не трогайте!" Посмотрите, как бывший президент Кыргызстана провел переговоры с силовиками и сдался: https://www.currenttime.tv/a/bishkek-atambayev-protests/30100129.html

Publicerat av Настоящее Время Torsdag 8 augusti 2019