Ermənistanda aprel döyüşləri haqda “Cənnət qapısı” filmi çəkilib [treyler]

Ermənistanda aprel döyüşlərindən bəhs edən “Cənnət qapısı” (Gate to Heaven) adlı filmin treyleri yayılıb. Filmin premiyerası bu ilin oktyabrında Yerevanda baş tutacaq. Filmin rejissori Civan Avetisyandır.

Bu haqda erməni qəzeti “Aravot” məlumat yayıb. Qəzetin məlumatına görə, filmin premiyerası bu ilin oktyabr ayında təkcə Yerevanda deyil, Xankəndində də baş tutacaq. Həmçinin 2020-ci ilin mart ayında film Los-Ancelesdə də göstəriləcək.

Filmdə əsas rolda 2016-cı ilin baharında müharibə haqda reportaj hazırlamaq üçün Qarabağa gəlmiş jurnalist Robert Stenval əks olunub. O, jurnalist araşdırmaları əsanasında opera müğənnisi Sofiya Martirosyanla tanış olur.

Sofiya özü isə müharibədə itkin düşmüş fotojurnalist Edqar Martirosyanın qızıdır. Edqar Martirosyan 1992-ci ildən Talış kəndi yaxınlığında əsir düşüb.

Film Ermənistan, Litva, Almaniya, Bolqarıstan, Çexiya, İtaliya və Avstriyanın birgə istehsalıdır.

Filmin çəkilişləri Ermənistan və Avropada aparılıb. Filmin baş rol ifaçısı Fransada yaşayan rus aktrisa Tatyana Spivakova, Amerikada yaşayan aktrisa Narina Zakaryan və erməni aktyoru Sos Canibekyan. Filmdə həmçinin Rixard Zammel, Nina Kronyaqer çəkiliblər.

https://www.youtube.com/watch?v=0lhm6paGM74&feature=youtu.be