General Milli Qəhrəmanın bacısı oğlu Gəncədə rəis təyin edildi

Rövşən Əkbərov

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinə yeni rəis təyin olunub. 

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Qərara görə, Nizami rayon Polis İdarəsinin rəisi vəzifəsinə polis polkovnik-leytenantı Samir Həsənov təyinat alıb.

Samir Həsənov yeni təyinatadək Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisi olub. O, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun bacısı oğludur.

Bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin rəisi olmuş polis polkovniki Ədalət Sadıqov may ayında vəzifəsindən kənarlaşdırılaraq sərəncama götürülüb.

Samir Həsənov Silahlı Qüvvvələrin ordu korpuslarından birinin komandiri olan tgeneral-leytenant Rövşən Əkbərovun bacısı oğludur.