Keçmiş diktatorun qızına daha iki cinayət işi qaldırılıb: “Dövlətin malını xaricilərə satıb”

Özbəkistanın ilk prezidenti İslam Kərimovanın qızı Gülnarə Kərimovaya qarşı yeni cinayət işləri qaldırılıb, o indi ölkə maraqlarına zidd müqavilələr bağlamaqda və başqasına məxsus küllü miqdarda mülkiyyəti talamaqda ittiham olunur.

Bu haqda Özbəkistan Baş prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Kərimova “Kuvasaysement” və “Bekabadsement” şirkətlərinin dövlətə məxsus paketlərini bazar dəyərlərindən xeyli aşağı qiymətə alıb və sonra onları xarici biznesmenlərə baha qiymətə satıb. Bundan sonra Kərimova hələ bir xarici biznesmenlərə hamilik də edib, nəticədə ölkəyə olduqca böyük zərər dəyib. Bundan əlavə diktatorun qızı atasının prezidnetliyi dövründə vətəndaşlara məxsus olan müxtəlif şirkətləri zorla ələ keçirib.

Cinayət işi Özbəkistanın ölkəyə dəvət etdiyi beynəlxalq hüquq şirkəti olan “White and Case”nin araşdırmalarından sonra təqdim etdiyi məlumatlar əsasında qaldırılıb.

Belə ki, Gülnarə Kərimova Kuvasaysement” və “Bekabadsement” şirkətlərinin ələ keçirdikdən sonra Qazaxıstanlılara məxsus United Cement Group (UCG) holdinqinə 47 milyon dollara satıb. 2011-ci ildə Özbəkistanda “Bekabadsement” şirkətinin direktoruna qarşı da cinayət işi qaldırılmışdı.

Xatırladaq ki, Gülnarə Kərimova hal-hazırda Özbəkistanda qadın kaloniyasında saxlanılır. O atası dünyasını dəyişdikdən az sonra, 2015-ci ildə iki maddə ilə cinayət məsuliyyətinə cəlb olunmuşdu, onun dövlətə ümumiyyətlə 4 milyon sum, yəni 966 milyon dollar zərər vurduğu deyilirdi. 2015-ci ildə beş il həbs cəzası alan Kərimovanın cəzası 2017ci ildə daha 10 il artırılıb.