‘Məmməd Əmin Rəsulzadə’ gəmisi böyük tankerlə toqquşub [video]

Məhəmməd Əmin Rəsulzadə gəmisi.

Avqustun 13-də Türkiyədə yaşayan azərbaycanlı işadamı Mübariz Mənsimova məxsus “Məmməd Əmin Rəsulzadə” adlı gəmi Liberiya bayrağı altında üzən “Doric Warrior” gəmisi ilə toqquşub.

Bu barədə M.Mənsimov özü sosial şəbəkədə məlumat yayıb. Onun sözlərinə görə, gəmi dayandığı yerdə başqa gəmi tərəfindən vurulub. Hadisənin Türkiyə ərazisində Ahırkapı Dəmir bölgəsində baş verdiyi bildirilir.

“Şükür ki, hər şey normaldır və təhlükəli vəziyyət yoxdur. Məsələni sonuna qədər araşdıracağıq. “Rəsulzadə” gəmisinə çarpan gəmi ondan 10 dəfə böyük olsa da, gəmimiz batmadı”, – o vurğulayıb.

“Palmali” şirkətinin yaydığı açıqlamada bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb:

“Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin 3 xilasedici gəmisi cəlb edilib. Xoşbəxtlikdən xəsarət alan yoxdur, lakin toqquşma nəticəsində gəmiyə zərər dəyib”.

Hələlik, bu açıqlamaya “Doric Warrior” gəmisinin rəsmilərindən münasibət almaq mümkün olmayıb.

M.Məsimov ötən il rəhbərlik etdiyi şirkətə mənsub gəmilərdən birinə “Məmməd Əmin Rəsulzadə” adının verildiyini açıqlamışdı.